Haqqında
Dr. Tahir Əhmədov, ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində Azərbaycanın təcrübəli mütəxəssislərindən biridir. 1987-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra fəaliyyətini kardiologiya sahəsinə həsr etmişdir. O, Avropa Kardiologiya Cəmiyyətinin (ESC) və Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) üzvü olaraq beynəlxalq protokollara əsaslanan müasir müalicə üsullarını tətbiq edir.