Haqqında
Dr. Hidayət Məmmədzadə Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin Azərbaycan Respublikasından ilk fəxri üzvü, eyni zamanda dərnəyin şəkərli diabet, tireoid, osteoporoz və digər metabolik sümük xəstəlikləri işçi qrupunun üzvü, o cümlədən Avropa və Amerika Endokrinologiya Cəmiyyətlərinin, Avropa Tireoid Cəmiyyətinin həqiqi üzvüdür. Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə beynəlxalq konfranslarda, seminar və simpoziumlarda iştirakçı, moderator, panel sədri və məruzəçi olub, müxtəlif tibbi jurnallarda elmi-kütləvi məqalələrin, bir sıra yerli və beynəlxalq metodik tövsiyələrin, klinik protokolların müəllifidir.